“Qürurluyuq”

Academic Hospital olaraq 25 ildən çoxdur səhiyyə xidmətləri göstəririk və bu mənada, İstanbulun əsas özəl tədris xəstəxanası olaraq qabaqcıl rol oynamağa davam etdiririk. Xəstəxanamız səhiyyə xidmətlərinin göstərilməsində elmi və etik dəyərləri əldə rəhbər tutaraq, qısa müddətdə diaqnoz və müalicəni özünə missiya olaraq seçmişdir.

Xəstəxanamız 2016-ci ildə öz imkanlarını artıraraq və yenilənmə prosesini tamamlayaraq xəstələrimizə daha rahat şəraitdə və yeni simada xidmət göstərməyə davam edir.

“Səhiyyədə Keyfiyyət Mükafatı”

İsveçrə Keyfiyyət Standartları İnstitutu 2017-ci ilin iyulunda Lozanna şəhərində (İsveçrə) keçirilən mərasimdə xəstəxanamızı 2016-cı il Səhiyyədə Keyfiyyət Mükafatına layiq görmüşdür.

“İlin Ən Yaxşı Xəstəxanası və Xəstəxana Müdiri”

European Business Assembly (EBA – Avropa Biznes Assambleyası) Oksfordda (London) keçirilən mərasimdə xəstəxanamızı “İlin Ən Yaxşı Xəstəxanası” 2016 mükafatına, Prof. Dr. Zehra Neşe Kavakı isə “Ən Yaxşı Xəstəxana Müdiri” mükafatına layiq görmüşdür.

“Ən yaxşı Memarlıq və İnteryer Dizayn Mükafatı”

Xəstəxanamız yenilənmiş interyer və eksteryeri ilə 2017-ci ilin “Ən Yaxşı Memarlıq və İnteryer Dizayn” Mükafatına layiq görülmüşdür. 2017-ci ilin sentyabr ayında Londonda European Property Awards mükafatının təqdimetmə mərasimində xəstəxanamızın Direktorlar Şurasının sədri Prof. Dr. Zehra Neşe Kavak da iştirak etmişdir