Academic Hospital olaraq 25 ildən çoxdur səhiyyə xidmətləri göstəririk və bu mənada, İstanbulun əsas özəl tədris xəstəxanası olaraq qabaqcıl rol oynamağa davam etdiririk. Xəstəxanamız səhiyyə xidmətlərinin göstərilməsində elmi və etik dəyərləri əldə rəhbər tutaraq, qısa müddətdə diaqnoz və müalicəni özünə missiya olaraq seçmişdir.

Xəstəxanamız 2016-ci ildə öz imkanlarını artıraraq və yenilənmə prosesini tamamlayaraq xəstələrimizə daha rahat şəraitdə və yeni simada xidmət göstərməyə davam edir. 2017-ci ildə “İlin Ən Yaxşı Xəstəxanası və Xəstəxana Müdiri” (EBA-Avropa Biznes Assambleyası, London, Mart 2017), “Səhiyədə Keyfiyyət” (İsveçrə Keyfiyyət Standartları İnstitutu, Lozanna, İyul 2017) və “Ən Yaxşı Memarlıq və İnteryer Dizayn” (European Property Awards, London, Sentyabr 2017) mükafatlarına layiq görülmək bizi qürurlandırmışdır.

Ölkə xaricindən ikinci görüş alma və müalicə məsələlərində öndə gedən xəstəxanalardan biri olan Academic Hospital, Harvard Medical School və onun nəzdindəki PartnersHealthcare ilə imzaladığı və hələ də davam edən razılaşma ilə müalicə variantları və seçimlərinin xəstələrin tələbləri ilə uzlaşdırılması istiqamətinə önəmli bir addım atmışdı. Bu addım Küba ilə imzalanan səhiyyədə əməkdaşlıq razılaşması ilə yeni bir mərhələyə qədəm qoymuşdur.

Xəstəxanamızın Direktorlar Şurasının sədri Prof. Dr. Zehra Neşe Kavakın fikirləri:

Academic Hospital Direktorlar Şurasının sədri Prof. Dr. Zehra Neşe Kavakın məsələ ilə bağlı fikirləri: “Xərçəng və şəkərli diabetin 1-ci tipi müalicəsi çətin olan xəstəliklərdir. Bu günədək tibb bu xəstəliklərin, xüsusilə də xərçəng xəstəliyinin yeni və daha yaxşı müalicə üsullarını axtarır. Bu araşdırmalar nəticəsində tibb sahəsində çox uğurlu həkimlər qazanan Kubada ağciyər xərçənginə qarşı peyvənd hazırlanıb. Bu, dünyada bir ilkdir. Kubanı bu uğuruna və dünya tibb tarixinə imza atmasına görə təbrik edirik. Ümid edirik ki, ölkəmizdəki xərçəng xəstələri bu gözəl inkişafdan faydalanacaq. Bunun üçün Miramar şirkəti ilə razılaşmışıq. Bu razılaşma sayəsində xərçəng xəstələrimizi və ya şəkərli diabetin 1-ci tipindən əziyyət çəkən xəstələrimizi kubalı həkimlərlə görüşdürəcək və xəstələr istədikdə, Kubada müalicə olunmalarını təmin edəcəyik.”

Kubada xüsusilə xərçəng və şəkərli diabetin 1-ci tipinin müalicəsində olduqda uğurlu nəticələrin əldə edildiyi məlumdur. Dünyaya qapalı bir ölkə olsa da, bütün irəliləyişlər elm dünyası tərəfindən yaxından izlənilir və alqışlanır. Ötən illərdə Kubadakı elm adamlarının xərçəngə qarşı peyvənd hazırlanmasından sonra bütün dünyadakı xərçəng xəstələrini gözlərini Kubaya dikib. Xərçəng və həyati əhəmiyyət daşıyan digər xəstəliklərin müalicəsində öndə gedən bir mərkəz olan Kuba artıq Academic Hospital vasitəçiliyi ilə ölkəmizdəki xərçəng xəstələrinə müalicə imkanı təqdim edir.

Academic Hospital, Miramar şirkəti vasitəsilə Kuba Respublikasının Ankaradakı səfirliyi və Kuba Səhiyyə Nazirliyi ilə birgə həyata keçirilən bir əməkdaşlıq razılaşmasıdır.

Academic Hospital-a müraciət edən xəstələr xəstəxananın nəzdində olan məkanlarda uzman doktorlarımız tərəfindən aparılan müayinələrdən sonra (ya da mövcud müayinələrin nəticələrini təqdim edərək) onlara təqdim edilən xidmət paketlərindən birini (İkinci Görüş və ya Kubada Müalicə) seçərək Kubadakı razılaşdığımız xəstəxanalarla əlaqə yaradır. Bundan sonra İkinci Görüş hesabatı yaxud Kubada Müalicə müddəti başlayır.

Ən gec 3 həftədən sonra imzalanmış və təsdiqlənmiş hesabat bizə çatdırılır. Tərəfimizdən yoxlandıqdan sonra həkim tərəfindən xəstələrimizə təqdim edilir.

Bu paketə hər cür viza, səyahət, gecələmə və səhiyyə xərcləri daxildir və bu mərhələ biznes tərəfdaşımız olan Miramar şirkəti tərəfindən şəxsən təşkil edilir.

Bütün bu müddət Academic Hospital xəstəxanasının nəzarəti altında keçir. Miramar və Səfirlik tərəfindən də hesabatlar müntəzəm olaraq tərəfimizdən izlənilir.

Information and Membership

Fill the form

Information and Membership

Fill the form