Hər il yüzlərlə Türkiyə vətəndaşı kompleks tibbi problemləri səbəbindən ikinci görüş və ya müalicə vasitəçiliyi almaq istəyir, çox sayda həkim və ya xəstəxanaya müraciət edir. Düzgün qərarın verilməsi həmişə mümkün olmaya bilər və ya xəstəni tam inandırmaq mümkün olmur. Bəzi xəstələr də tibbi vasitəçilik və müalicə üçün xaricə səyahət etməyə üstünlük verir.

8 fevral 2012-ci il tarixində imzalanan razılaşma bu baxımdan Türkiyəyə səhiyyə xidmətində yeni və güclü bir variant təqdim edir. Razılaşma ilə Özəl Academic Hospital xəstəxanasının xəstələri diaqnostika və müalicədə ikinci görüşü ABŞ-dakı Harvard Tibb Fakültəsinin nəzdindəki böyük xəstəxanalar sisteminin meneceri Partners HealthCare-dən ala biləcək. Özəl Academic Hospital tərəfindən tanıtımı edilən proqramla Harvard universitetinin öndə gedən tədris xəstəxanalarında dünya standartlarına uyğun müalicə planlaşdırması və qulluq təmin ediləcək.

Bu sistemlə xəstəliyin diaqnostikası və müalicəsində xəstə ikinci görüş almaq istədikdə, Partners HealthCare ilə əlaqəli Harvard tədris xəstəxanalarında müvafiq sahənin ən səlahiyyətli mütəxəssisi tərəfindən tibbi tarixçəniz nəzərdən keçiriləcək, diaqnostika və müalicə məsələsində müzakirələr aparılacaq. Bunun üçün xəstənin sənədləri ABŞ-da Harvard-ın uzman doktorlarına çatdırılacaq. Bununla da, xəstə ikinci görüş almaq üçün vaxt itirmədən dünya miqyasında tanınmış uzman doktorlardan diaqnostika və müalicə üçün görüş ala biləcək. Bu sistemlə çox sayda xəstə xaricə getmək ehtiyacı hiss edəcək və xəstələrin sağlamlıq problemləri etibarlı şəkildə ölkə daxilində həll edilə biləcək. Xəstələr PartnersHealthCare ilə bağlı xəstəxanalarda müalicə olunmaq istədikdə isə bu sistem nəqletmə prosesi asanlaşdırılacaq. Bununla bağlı koordinasiya və təşkilati məsələləri xəstənin adından Özəl Academic Hospital həyata keçirəcək.

Sistem necə işləyir?

Xəstəliklə bağlı ikinci görüş, xəstənin uzaqdan müalicəsinin planlaşdırılması və ya nəql edilməsinə dəstəyin dəyərləndirilməsinə yardımçı olmaq üçün Özəl Academic Hospital-ın nəzdindəki Partners-Academic Hospital Əməkdaşlıq Ofisində tibbi və idarə işlərindən məsul personal mövcuddur.

Partners-ə birbaşa nəqletmənin həyata keçirilməsi məsələsində dəstək ödənişsiz olaraq göstərilir. Bundan əlavə, Özəl Academic Hospital-ın nəzdindəki əlaqələndirmə ofisinin heyəti xəstələrin və nəqletmə işlərini görən həkimlərin inzibati xarakterli işlərdən qaynaqlanan yükünü yüngülləşdirir. Qeydiyyat işlərini aparan, tibbi tarixçələri qaydasına salan və təşkil edən heyət həm də ödəniş işlərini aparır, lazım gəldikdə səyahət logistikasını koordinasiya edir və bu müddət ərzində davamlı olaraq əlaqə yaradılmasını təmin edir.

Partners xəstəxanalarına getməyə üstünlük verən xəstələrə qulluqla bağlı istənilən məsələni koordinasiya edən heyət tərəfindən dəstək göstərilir. Birdən çox sahədə ixtisaslaşan Harvard Tibb Fakültəsinin doktorları, ali təhsilli tibb bacıları, sosial xidmət işçiləri və tibbi məsləhətçilər, müalicə planlaşdırılması və idarə edilməsi üçün yüksək standartlar təqdim etmək məqsədilə qulluq heyətlərində bir araya gəlib. Bu heyət xəstənin ehtiyaclarına birdən çox aspektdən baxaraq, ən son yenilikləri əks etdirən perspektivlərdə birləşdirərək və bütün ixtisas sahələri baxımından təhlil edərək, xəstəyə əsl xəstəyönümlü qulluğun göstərilməsini təmin edir.

Partners HealthCare haqqında

Harvard Tibb Fakültəsinin ən böyük tədris xəstəxanası olan Massachusetts General Hospital və Brigham and Women’s Hospital tərəfindən təsis edilmiş Partners HealthCare ABŞ-da ən uğurlu akademik səhiyyə və qulluq sisteminə malikdir və bunu davam etdirməkdədir. Bundan başqa, Dana Farber Cancer Institute, Spaulding Rehabilitation Hospital, McLean Hospital da sistemə daxildir. Xəstəyə qulluq, tibb təıhsili və biomedikal araşdırma sahəsində dünya lideri olaraq tanınan Partners və ona üzv olan xəstəxanalar öz mükəmməllikləri ilə tanınır. Təsis edildiyi gündən bəri yenilikçi ənənələrini davam etdirən bu qurumda 18 Nobel mükafatı sahibi təhsil almış və xidmət etmişdir. New York Times tərəfindən  ‘akademik tibbdə model evlilik’ olaraq təqdim edilən Partners HealthCare, səhiyyədə qulluğun mövcud ola biləcək sərhədlərini təkmilləşdirməyə çalışır.