Academic Hospital

academic-hospital-on-cekim-son-hal

Marmara Unversteti Tibb Fakultəsi Fondu 1985-ci ildə qurulub. Fonda bağlı Özəl Academic Hospital isə, dünya standartlarında müassir və keyfiyyətli sağlamlıq xidməti vermək məqsədilə 1997-ci ildə fəaliyyətə başlayıb. Həmin tarixdə sadəcə bir neçə ixtisas üzrə ambulator xidməti verən bir səhiyyə quruluşuykən, hazırda bütün ixtisaslar üzrə səhiyyə xidməti verən, müalicə və diaqnostika xidmətləriylə yanaşı 87 çarpaylı müassir bir xəstəxanadır.
 
Academic Hospital, MÜTFV-dən aldığı güc və dəstəklə, həkim heyyətinə qiymətli ali təhsil ocaqlarının müəllimlərini daxil etmiş özəl xəstəxana xüsusiyyətinə malikdir. Hal-hazırda, Academic Hospital-ın bünyəsində təxminən 50 unverstet müəllimi səhiyyə sahəsində xidmət  verir. Bu geniş miqyaslı müəllim heyyəti xaric, müxtəlif ixtisas sahələri üzrə nailiyyətlərin isbatlamış təxminən 25 həkim mütəxəssis də xidmət göstərir. Academic Hospital-da həkim heyyəti ilə  yanaşı daha 208 personal da xidmətinizdədir.
 
Marmara Unversteti Tibb Fakultəsinin Fondu, müəllim dəstəkli sağlamlıq xidmətlərini yaymaq fəaliyyətləri və xidmət şəbəkələrini genişlətmək hədəfi ilə 2002-ci ildə Çiftehavuzlarda Bağdad prospektində Tibb Mərkəzi, habelə 2010-cu ildə də xəstəxanın yanında Özəl Academic Hospital Odyologiya Mərkəzini xidmətə açmışdır. Çiftehavuzlarda yerləşən və fəaliyyət göstərən Tibb Mərkəzi, pasientlərinə daha yaxşı şəraətdə xidmət vermək məqsədilə, 2012-ci ildə Ataşəhərdə yerləşən yeni binasına köçmüşdür. 
 
Tam təşəkküllü səhiyyə quruluşu olan Academic Hospital, Professional və elmi kadr heyyəti, pasient mərkəzli xidmət anlayışı, keyfiyyət prinsipləri, müassir avadanlıq və müassir infrastruktura ilə texnologiyanın ən irəli səviyyəli müalicə və diaqnostika imkanları ilə pasientləri xidmət göstərir.
Son texnologiya tibbi avadanlıqlarla təchiz olunmuş əməliyatxanələri, rengenologiya şöbələri, laboratoriyaları, reanimasiya şöbələri, körpələr üçün reanimasiya şöbəsi, müassir istirahət guşələri və konfortlu xəstə palataları ilə Academic Hospital, səhiyyə sahəsində etibarlı və bilinən marka olmağı hədəfləyir və hər daim xəstələrinin yanındadır. 
 
Dinamik idarəetmə anlayışı ilə, tədris proqramlarını mütəmadi dəstəkləyən, müassir, elmi, aktual, etika və qanunvericiliklərə uyqun sağlıq xidməti verməyi özünə şüar edən, Özəl Academic Hospital 2008-ci ildə ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi sertifakı almışdır. 2009-cu ildə isə OHSAS 18001:2007 İş Sağlığı və Təhlükəsizliyi Sistemi, ISO 14001:2004 Ətraf Mühiti İdarəetmə Sistemi, ISO 10002:2004 Müştəri Şikayyətləri İdarəetmə Sistemi sertifaklarını da alaraq İnteqrə İdarəetmə Sisteminə keçid əldə etmişdir.